Bişkekdə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində kitab təqdimatı keçirilib

post-img

Bişkek Şəhər Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Müzəffər Ali Baş Komandan: Əziz Şuşa, sən azadsan!” adlı kitabın təqdimatı keçirilib. Kitabın tərtibatı Vəli Əkbərə məxsusdur.

Tədbiri giriş sözü ilə açan Bişkek Şəhər Mərkəzi Kitabxanasının müdiri, Qırğız Respublikasının Əməkdar mədəniyyət işçisi Kulsayra Dandıbayeva iştirakçılara kitabın məzmunu, bu nəşr üçün müsahibə verən insanlar barədə ətraflı məlumat verib.

Təqdimat mərasimində ictimai və dövlət xadimi, “əfsanəvi parlamentin” keçmiş spikeri, Qırğızıstanın Qəhrəmanı Medetkan Şerimkulov, ictimai xadimlər, “əfsanəvi “parlamentin” deputatları Çolpon Bayekova və Şaripa Sadıbakasova, yazıçı, manasşünas Temirbek Toktoqaziyev, millət vəkili Aysarakan Abdibayeva, Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun prezidenti Nüsrət Məmmədov və tədbirə onlayn rejimində qoşulan Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Cümşüd Nuriyev çıxış ediblər.

Sonra Qırğız Respublikası Daxili İşlər Nazirliyinin general-mayor C.Ş.Şabirov adına Təlim mərkəzinin kursantlarının çıxışları olub, onların sualları cavablandırılıb.

Tədbir iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib.





Mədəniyyət