ABŞ Türkiyəyə 23 milyard dollarlıq F-16 satmağa razılaşıb

post-img

Amerika Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində F-16 qırıcıları və onların müvafiq avadanlıqlarının satışını təsdiq etdiyi barədə Konqresə məlumat verib. Məlumatı “The New York Times” yayıb.

Dövlət Departamenti və Pentaqon nümayəndələri qeyd ediblər ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzv olmasına icazə verən sənədləri imzalamasından sonra edilib.

Nəşr yazır ki, Konqres nümayəndələri sövdələşməni təsdiqləmək üçün əvvəlcə sənədləri nəzərdən keçirmək istəyirlər. Bu məqsədlə Dövlət Departamenti Türkiyədən sənədləri ABŞ-a göndərməyi istəyib.

Xəbər verdiyimiz kimi, Türkiyə hökuməti cümə axşamı İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin ratifikasiya prosesini başa çatdırıb, müvafiq qanunun mətni milli rəsmi jurnalda dərc olunub.

Sənəd parlament tərəfindən ratifikasiya edilib və daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

P.ƏMİRCANOV

XQ

Dünya