Mingəçevirdə yeni tamaşa – “Subaylarınızdan görəsiniz”

post-img

Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası tamaşaya qoyulur. Əsərə Xalq artisti Valeh Kərimov quruluş verir. Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayevadır.

Rolları Əməkdar artist Şıxı Yaqu­bov, aktyorlar Afət Əliyeva, Turqut Mə­simli, Hüseyn Mustafayev, Aytən İsma­yılova, Vəfa İsmayılova, Elvin Əkbərli, Cavidan Abdullayev, İbrahim Salamov, Asim Əmirov və başqaları ifa edirlər.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının cari il üçün yaradıcı­lıq planında “Hacı Qara” (M.F.Axundzadə), “Ceyhunun zaman maşını” (A.Həsənoğlu) və “Həyatla oyun” (A.Soltan) tamaşalarının hazırlanması da nəzərdə tutulub. Hər üç tamaşaya teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verəcək.

XQ

Mədəniyyət