Ayda maqnit daşlar

post-img

Almaniyanın Münster Universitetinin alimləri Ayla bağlı maraqlı məlumatlar ya­yıb. Bildirilib ki, Yerin peykində qeyri-adi maqnit xüsusiyyətlərinə malik qəribə daş­lar aşkar edilib. 

Tədqiqatçıların fikrincə, həmin daşlar işığı digərlərindən fərqli şəkildə əks etdirir. Universitetin alimi Ottavia­no Ryuş isə qeyd edib ki, Ayın maqnit xassələri haqqında hazırkı biliklər çox məhduddur, ona görə də yeni süxurlar peykin tarixinə və onun maqnit nüvə­sinə işıq salacaq.

Axtarış alqoritmi 130 minə yaxın “maraqlı daşı” müəyyən edib. Lakin onlardan yalnız biri qeyri-adi maqnit xüsusiyyətlərinə malikdir. Ryuşun fik­rincə, bu, daşı təşkil edən tozun xüsusi quruluşu ilə bağlıdır.

P.ƏFƏNDİYEV
XQ

Dünya