“Özbək Vikipediyası”nda Zəngəzur bölməsi

post-img

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi Zəngəzur mahalı haqqında özbək dilində bölmə istifadəyə verilib.

Məqalədə qeyd olunur ki, Zəngəzur toponimi “Zəngi” – qədim türk tayfasının adıdır və bu gün də ərazidəki coğrafi to­ponimlər türk mənşəlidir. Arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905–1907-ci, eləcə də 1918–1920-ci illərdə ermənilərin Zəngəzurun azərbay­canlılar yaşayan kəndlərinə hücumla­rı nəticəsində 100-dən çox kənd talan olunub, yandırılaraq yer üzündən silinib. 1920-ci il avqustun 10-da Rusiyanın Qafqaz Bürosunun özbaşına şəkildə Naxçıvanın Şərur-Dərələyəz bölgəsini də Ermənistana vermək bərədə qərar qəbul etdiyi vurğulanır. 1988-ci ildə Qərbi Azər­baycandan bütün soydaşlarımızın qovul­duğu və terrora məruz qaldığı, habelə tarixi abidələrin dağıdıldığı qeyd olunur. 

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ata-baba torpağı­mız olan İrəvan xanlığı, Zəngəzur maha­lı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbu­ki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” sitatı da yer alıb. 

“Zəngəzur dəhlizi” adlı bölmədə isə həmin ərazi haqqında məlumatlar öz əksini tapıb. Qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də başlamış II Qarabağ müharibəsində Azərbaycanın əldə etdi­yi tarixi qələbənin önəmli nəticələrindən biri də Naxçıvandan Azərbaycanın əsas hissəsinə birbaşa uzanan həmin dəhli­zin açılması məsələsidir. Burada məlum üçtərəfli Bəyanatın Ermənistanın 30 illik işğalçılıq siyasəti nəticəsində məhdudla­şan iqtisadi və nəqliyyat əlaqələrinin bər­pası və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yarat­dığı da əks olunub. 

Bölmədə 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo­ğanın Zəngəzur dəhlizi ilə bağlı qurucu­luq işlərinin təməlqoyma mərasimində iştirakı, erməni işğalçılarından azad edil­miş bölgədə Horadiz–Cəbrayıl–Zəngi­lan–Ağbənd avtomobil yolunun açılması barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət