“3391 kilometr”i aşan sevgi

post-img

Beyza Alkoçun qələmə aldığı kitab əsasında çəkilən “3391 kilometr” adlı türk melodramının eksklüziv nümayişi dünən­dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində başlanıb, Filmdə baş rolları yeni nəslin populyar aktyorları Derya Pı­nar Ak və Ahmet Haktan Zavlak ifa edirlər. Filmin yaradıcı prodüseri və rejissoru De­niz Enyüksekdir.

Kitabın pərəs­tişkarı olan və əsərdəki sevgi hekayəsinin hər bir təfərrüatını, az qala, əzbər bilən fanatların “3391 kilometr” filminə sosial şəbəkə səhifələrində yazdıqları on min­lərlə şərhdən və güclü təzyiqlərindən sonra çə­kiliş zamanı ssenaridə olmayan, lakin kitabda əksini tapan bir çox təfərrüatlar əlavə edilib.

Film sosial şəbəkə vasitəsilə tanış olan 2 gəncin sevgi hekayəsindən bəhs edir. Bir-bi­rindən bir neçə min kilometr məsafədə olsalar da, onlar arasında güclü cazibə yaranır. Film boyunca tamaşaçılar bir-birindən 3391 kilometr məsafədə yerləşən Fransa və Türkiyədə yaşa­yan gənclər arasındakı sevgi macərasının şahi­dinə çevrilirlər.

XQ

Mədəniyyət