Güləşçimiz reytinq turnirinin qalibi olub

post-img

Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) uğurla çıxış edib. Təmsilçimiz digər rəqibləri kimi, finalda macarıstanlı Joltan Levaya (5:0) da qalib gələrək, reytinq turnirinin qalibi olub. 

Qadınların mübarizəsində isə Alyona Kolesnik (59 kiloqram) macarıstanlı Nikolet Şaboya 11:8 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində daha əvvəl üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) mükafatçılar sırasında yer alıb.

İdman