Bakıda Aleksandr Şarovskinin quruluşunda “Üç gözəl” tamaşasının premyerası olacaq

post-img

Yanvarın 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin quruluşunda Valentin Krasnoqorovun pyesi əsasında “Üç gözəl” tamaşasının premyerası olacaq.

Adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsi barədə lirik hadisələri səhnədə Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abbaszadə, aktrisa Mədinə Mollayeva canlandıracaq.

“Üç gözəl” tamaşasının qəhrəmanları – üç rəfiqə ağıllı, gözəl, lakin tənha qadınlardır. Onlar öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Lakin onlar “aradüzəldən”lərə deyil, müasir texnologiyalara, internetə üz tuturlar. Axı, hadisələr bizim günlərdə baş verir.

Tamaşanın dekorasiyalar üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, musiqi tərtibatçısı isə Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur.

Mədəniyyət