Mədəniyyət xəbərləri

post-img

Afaq Məsudun yaradıcılığı ABŞ portalında

ABŞ-ın geniş izləyici auditoriyalı “Inkitt.com” və “Medium.com” portal­ları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun ingilis dilinə tərcümə olun­muş “Sərçələr” və “Alman kilsəsi” he­kayələrinin yayımına başlayıb.

Hekayələrin ingilis dilinə tərcümə müəllifi tanınmış Britaniya tərcüməçisi Anne Tompsondur.

Qeyd edək ki, geniş oxucu auditori­yası tərəfindən izlənilən “Inkitt.com” por­talı mütəmadi olaraq səhifələrində Lev Tolstoy, Fyodor Dostoyevski, Mark Tven, Oskar Uayld, Ceyms Coys, Frans Kafka, Virciniya Vulf, Skott Fitscerald kimi dün­ya şöhrətli yazıçıların yaradıcılığına yer ayırır.

Sumqayıtda “dəyirmi masa” 

Gənclik şəhərindəki Poeziya Evin­də Azərbaycan–Qazaxıstan ədəbi-mə­dəni əlaqələrinə həsr olunmuş “dəyir­mi masa” müzakirələri keçirilib. 

Tanınmış qazax şairi, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının və Qazaxıstan Yazıçılar Birliyinin üzvü Tanagöz Tolkınqızı məclisin qonağı olub. Azərbaycan Yazıçılar Birliyi poeziya seksiyasının müdiri İbrahim İlyaslı, AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin, Dünya Gənc Türk Yazar­ları Birliyinin başqanı İntiqam Yaşar və başqaları qardaş xalqların ədəbiyyatının inteqrasiyası, nəşr mübadilələri barədə fikirlərini bölüşüblər. Tanagöz Tolkınqızı Azərbaycan–Qazaxıstan mədəni-ədəbi əlaqələrinin inkişaf tendensiyalarına, şair və yazıçılarımızın əsərlərinin tərcümə və çap məsələlərinə diqqəti cəlb edib.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət