Hüseyn Cavid qiraəti

post-img

Hüseyn Cavidin Ev muzeyində məktəblilər arasında “Hüseyn Cavid poeziyasından incilər” adlı ənənəvi bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqədə Bakının Nərimanov ra­yonundakı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin şagirdləri iştrak ediblər. Məktəblilər Hüseyn Ca­vidin şeirlərini, əsərlərindən parçaları səsləndirib, “Ana” mənzum dramın­dan, “İblis” faciəsindən monoloqları oxuyublar. Müsabiqənin qaliblərinə görkəmli mütəfəkkirin əsərləri, sözlərinə bəstələnmiş musiqi əsərlərinin, eləcə də Ərtoğrul Cavidin bəstələdiyi mahnı­ların toplanıldığı CD və not kitabları hə­diyyə edilib. 

Hüseyn Cavidin Ev muzeyinin direk­toru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı dahi dramaturqun yaradıclı­ğına göstərdikləri sevgiyə görə iştirakçı­lara minnətdarlıq edib.

XQ

Mədəniyyət