Filarmoniyada Mariya Kallas axşamı

post-img

М.Maqomayev adına Azərbaycan Döv­lət Akademik Filarmoniyasında “Opera Art” IV Beynəlxalq Musiqi Festivalı çərçi­vəsində XX əsrin ən məşhur opera müğən­nilərindən olan Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Filarmoniyadan mətbuata bildirilib ki, Xalq artisti Dinarə Əliyeva (soprano) M.Kallasın unudulmaz sənətinin parlaq nümunələrin­dən təşkil olunan rəngarəng proqramla din­ləyicilərin qarşısına çıxıb. Vokalçını dirijor, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfo­nik Orkestri müşayiət edib. 

Proqramda Vinçenso Bellini, Cüzeppe Verdi, Françesko Çilea, Frans fon Zuppe, Ca­komo Puççini, Frans Leqar, Pyetro Maskanyi, Corc Qerşvin, Harold Arlen və İmre Kalmanın əsərləri səslənib.

XQ

Mədəniyyət