“Türk dünyasının ilk qadın hüquqşünası”

post-img

Astanadakı Türk Akademiyası Qumilyov adına Avrasiya Milli Universiteti (AMU) ilə birgə “Sürəyya Ağaoğlu–Türk dünyasının ilk qadın hüquqşünası” adlı beynəlxalq seminar keçirib. 

Türk Akademiyasının vitse-prezidenti Asxad Kesikbayev Sürəyya Ağaoğlunun yazıçı və hüquqşünas kimi həyatı, yaradıcılığı və fəaliyyəti haqqında məlumat verib. 

Azərbaycanın Qazaxıstandakı səfiri Ağa­lar Atamoğlanov Sürəyya Ağaoğlunun yüksək peşəkarlıq və qətiyyət, əyilməz iradə və prinsipi­allıq nümunəsi olduğunu bildirib. Səfir qeyd edib ki, Sürəyya Ağaoğlu 1903-cu ildə Şuşa şəhə­rində tanınmış dövlət xadimi, filosof və publisist Əhmədbəy Ağaoğlunun ailəsində anadan olu­b.1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb, burada şəxsiyyət kimi formalaşıb, öz həyatını qanunun aliliyinə, xüsusən də qadın hüquqlarına və azadlıqlarına həsr edib. 

Bakıdakı “Əhməd Ağaoğlu tədqiqat mərkə­zi” ictimai təşkilatının rəhbəri Nigar Axundova Sürəyya Ağaoğlunun Türk dünyası qarşısındakı xidmətlərindən, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsi sahəsinə verdiyi töhfədən danışıb. 

Sonra Türkiyənin Qazaxıstandakı səfiri Ömər İnan, AMU-nin prorektoru Lazat Nurkatova, pro­fessor Jamaladin İbrahimov, Astana Beynəlxalq Universitetinin müəllimi Tokjan Sadıqov Sürəyya Ağaoğlunu yazıçı, hüquqşünas, qadın hüquqla­rının müdafiəçisi kimi xarakterizə ediblər. 

Sonda Sürəyya Ağaoğlunun həyat yolu, yazı­çı kimi yaradıcılığı və fəaliyyətindən bəhs edən sənədli film göstərilib. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Astana

Sosial həyat