AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin hazırladığı “Mətn dilçiliyi problemləri” kitabı nəşr olunub.
Kitabda nitqdə mətnlərin məntiqi-semantik bütövlüyü, mətn və onun daxili vahidləri, mətn və yeni informasiya, sosial şəbəkə mətnləri, mətndə intonasiyanın rolu, pauzanın üslubi xüsusiyyətləri, publisistik mətnlərin funksional xarakteristikası, mətnin kateqoriyaları araşdırılıb.
Kitabın müəllifləri professorlar Nadir Məmmədli, Qəzənfər Kazımov, İsmayıl Kazımov, filologiya elmləri doktoru Nərgiz Hacıyeva, dosentlər Təhminə İsmayılova, Aytəkin Ələkbərovadır.
Anar ƏLİ
XQ