Dövlət Gömrük Komitəsi rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə də yüksək diqqət ayırır.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, son zamanlar baş verən kiberhücumlarla əlaqədar komitə vətəndaşlarımıza kiber dələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edir.
XQ