Kəklikotu və onun faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Qədimdə bu otu “ruhun gücü” adlandırıblar. Kəklikotu, həqiqətən, insanın əhvalını yaxşılaşdırmaq, depressiya və streslə mübarizə etmək xüsusiyyətlərinə malikdir.
Kəklikotu ilə dəmlənən çayın çoxlu müsbət təsirləri var:
Çay qurdları və mikrobları öldürür, ağrıları azaldır, nəfəs yollarını təmizləyir. Onun çox gözəl bəlğəmgətirici xüsusiyyəti var. Eyni zamanda, immun sistemini möhkəmlədir, orqanizmi tonuslaşdırır, yorğunluğu azaldır, gümrahlıq bəxş edir.
Kəklikotu çayı soyuqdəymə zamanı xəstənin vəziyyətini yüngülləşdirir, kişilərdə potensiyanı yaxşılaşdırır, böyrəkləri təmizləyir, sistit zamanı kömək edir.
Bu çay qadınlarda laktasiyanı (südün ifrazı ) artırır, arıqlamağa kömək edir və dərini təmizləyir.
Dadlı və faydalı kəklikotu çayını hazırlamaq üçün, sadəcə, adi qara çay dəmlədikdə çaydana 1 çay qaşığı quru kəklikotu əlavə etmək lazımdır.
Həkimlər, faydalı xüsusiyyətləri ilə yanaşı, mədə xorası, qalxanvari vəzi və ağır ürək xəstəliklərində, həmçinin hamiləlik zamanı kəklikotulu çayı içməyi tövsiyə etmirlər.
Z.HÜSEYNLİ
XQ