“Psyche” kosmik gəmisi NASA-nın eyni adlı metal asteroidini tədqiq etmək üçün başladığı təcrübələr çərçivəsində infraqırmızı lazerdən istifadə etməklə ilkə nail olub. Belə ki, “Psyche” bu yaxınlarda keçirdiyi təcrübədə DSOC (Deep Space Optical Communications) şirkətinin xüsusi avadanlıqları vasitəsilə 16 milyon kilometr məsafədən Yerə ilk dəfə siqnal ötürə bilib. Bununla da bir daha sübut edilib ki, lazer kosmik rabitə sistemi mövcud radiotezlik texnologiyasından dəfələrlə daha səmərəli ola bilər.
Plana görə, DSOC texnologiyası Ay fəzasından kənarda yüksək sürətli rabitəni təmin edə biləcək. Lazer şüalarının üstünlüyü ondan ibarətdir ki, onlar daha çox məlumatın daha sıx dalğalara “toplanmasına” imkan verir. Lazer şüasında fotonlar eyni dalğa uzunluğunda, eyni istiqamətdə hərəkət edir. Eyni zamanda, görünməmiş sürətlə ötürülən işıq dalğalarına böyük miqdarda məlumat yığılır.
Araşdırmaya görə, fotonların kosmik gəmidən Yerə getməsi təxminən 50 saniyə çəkib.
L.QURBANOVA
XQ