Fərasətsiz oğru

post-img

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda evə girən oğru ilə ev sahibi arasında maraqlı anlar yaşanıb. Belə ki, oğru ev sahibi gəldiyi zaman təlaşa düşüb və nə edəcəyini bilməyib. Nəticədə, özünü itirərək qapını onun üzünə kilidləyib.

Ev sahibinin şikayəti ilə hadisə yerinə polis əməkdaşları gəliblər. Qapı önündə gözləyən qonşular oğrunu döyməyə cəhd etsələr də, polislər buna imkan verməyib və onu nəzarətə götürüblər.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Fidan YAQUBLU
XQ

Dünya