Süni intellekti qoruyaq

post-img

Böyük Britaniya süni intellekt sistemlərini kiberhücumlardan qorumaq üçün dünyanın ilk qlobal təlimatlarını dərc edib. Yeni təlimatlar süni intellekt texnologiyasının təhlükəsiz şəkildə in­kişaf etdirilməsini təmin etmək məqsədi daşıyır.

Dünən Londonda keçirilən açılış tədbiri 100-dən çox bey­nəlxalq tərəfdaşı bir araya top­layıb. Tədbirdə ABŞ, Kanada, Almaniya, Böyük Britaniya və s. ölkələrdən olan aparıcı ki­ber agentliklərin nümayən­dələri iştirak ediblər.

Təhlükəsizlik qaydala­rını təsdiq edən dövlətlər bunlardır: Avstraliya, Ka­nada, Çili, Çexiya, Esto­niya, Fransa, Almaniya, İsrail, İtaliya, Yaponiya, Yeni Zelandiya, Nigeriya, Norveç, Polşa, Koreya Respublikası, Sinqapur, Birləşmiş Krallıq, Amerika Bir­ləşmiş Ştatları.

Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

Dünya