Bu ilin yanvar–oktyabr ayları ərzində Azərbaycana 186 ölkədən 1 milyon 723 mindən çox turist gəlib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 faiz çoxdur.
Qeyd edək ki, ölkəmizi ziyarət edən turistlərin 30,7 faizi Rusiya, 17,9 faizi Türkiyə, 7,7 faizi İran, 5,1 faizi Hindistan, 3,5 faizi Cənubi Koreyanın və digər ölkələrin payına düşür.
Yeri gəlmişkən, bu ilin 10 ayı ərzində Azərbaycandan xaricə səfər edən şəxslərin sayı da təxminən 30 faiz yüksəlib.
XQ