Gün yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin verdiyi məlumata əsasən noyabrın 30-da Ba­kıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu ola­cağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 6-11°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənə­cək. Havanın temperaturu gecə 0-5°, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya