“Multikultural cəmiyyətdə kitabxanaların rolu”

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçirilir. İkigünlük elmi məclisdə Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Moldova və digər ölkələrdən gəlmiş qonaqların iştirakı ilə mövzuya dair məruzələr dinlənilir, müzakirələr aparılır.

Konfrans iştirakçıları əvvəlcə kitabxa­na və Ümummilli liderin xalqa xidmətdə keçmiş həyatını və zəngin dövlətçilik fəa­liyyətini əks etdirən kitablardan ibarət sər­gi ilə tanış olublar. 

Məclisi giriş sözü ilə açan MEK-in di­rektoru, professor Məmməd Əliyev Ulu öndərin 100 illik yubileyi ilə bağlı AMEA-da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb, indiki konfransa isə Azərbayca­nın 13 universitetindən, 5 kitabxanasın­dan və 11 elmi qurumundan 122 məruzə daxil olduğunu qeyd edib. MEK-in yubiley tədbirlərində yaxından iştirak etdiyini vur­ğulayan ev sahibi söyləyib ki, kitabxana­nın elektron resurlar şöbəsinin “Heydər Əliyev – 100” layihəsinin materiallarını internetdə yerləşdirilib. “Heydər Əliyev İli”nə töhfə olaraq yubiley təqvimi və “Ulu öndərin müdrik fikirləri” audiodisi hazırla­nıb. 

Bildirilib ki, MEK-in təşkilatçılığı ilə respublika konfransı, sərgilər, kitab təqdi­matları, “Heydər Əliyevin hərb siyasətinin Zəfəri” lektoriyası keçirilib. Ulu öndərin zəngin siyasi irsini özündə əks etdirən biblioqrafik göstərici nəşrə hazırlanıb. Nəhayət, Azərbaycanda multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin xidmət­lərini beynəlxalq müzakirəyə çıxarmaq üçün bügünkü məclis təşkil edilib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, aka­demik Teymur Kərimli daim kitaba və mü­taliəyə xüsusi diqqət yetirən Ulu öndərin yubileyi çərçivəsində kitabxanada belə bir tədbirin keçirilməsinin milli dəyərlərimizin himayədarının ölməz xatirəsinə layiqli töhfə oldiğunu vurğulayıb.

Plenar iclasda AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər dokto­ru, professor Habil Qurbanov, akademik Vaqif Abbasov, BDU-nun informasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı və həmin uni­versitetin professoru Zahid Cəfərov mü­zakirə edilən mövzunun öməmini qeyd edərək mülahizə və təkliflərini söyləyiblər.

Türkiyə Böyük Millət Məclisi kitabxa­nasının rəhbəri Arif Şayık, bu ölkənin İq­tisadi İnkişaf və Sosial Araşdırmalar İns­titutunun rəhbəri, professor Mustafa Lətif Əmək, Rusiya Elmlər Akademiyası Sibir bölməsi Elmi-Texniki Kitabxanasının di­rektoru, tarix elmləri doktoru İrina Lizuno­va dünya şöhrətli siyasətçi və dövlət xadi­mi Heydər Əliyevin multikultural təliminin beynəlxalq kitabxanalar şəbəkəsində öyrənilməsi və yayılması ilə bağlı zəruri tədbirlərdən söz açıblar.

Gənc alim Günel Məlikli “Azərbaycan Respublikasının mədəniyyətinin inkişa­fında Heydər Əliyev fenomeni” adlı mə­ruzə ilə çıxış edib.

Beynəlxalq konfrans bu gün bölmə ic­lasları ilə davam edəcək. 

Ramilə QURBANLI
XQ



Mədəniyyət