Bayram bayrama qarışır

post-img

Dünən Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Zəfər Gününə həsr olunmuş mərasim keçirildi. 

“Zəfərli bayrağımız” adlı məclisi giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov bildirdi ki, bu günlər 3 sevimli
bayramın astansındayıq. Xalqımız 8 Noyabr Zəfər, 9 Noyabr Dövlət Bayrağı və 12 Noyabr Konstitusiya günlərini təntənə ilə
qeyd etməyə hazırlaşır. Bu günlərin 3-ü də Azərbaycan xalqının taleyi, istiqlal mübarizəsi, müstəqil dövlətçiliyi ilə bağlıdır.
Bu bayramların ən gənci Zəfər bayramıdır. 2020-ci ilin noyabrında işğal altında olan torpaqlarımızın azad edilməsi ilə üçrəngli
bayrağımız həmin ərazilərdə yenidən dalğalanmağa başladı.
Daha sonra bildirildi ki, müstəqillik hər xalqın tarixində ən ali sərvətdir. 1918-ci ilin 28 mayında Azərbaycanın üçrəngli bayrağı ilk dəfə ucaldıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu və bayrağımız 70 ildən sonra başımız üstündə yenidən dalğalanmağa başladı. Azərbaycan Konstitusiyası dövlətin Əsas Qanunudur, onun qəbul edilməsi ümummilli əhəmiyyətli bir tarixdir.

Zəfər gününü, bu qələbənin qazanılmasında canından keçmiş, sağlamlıqlarını itirmiş insanları həmişə ehtiramla yad etməliyik.
Qeyd edildi ki, Prezident İlham Əliyevin son 20 ildə Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi, ordu quruculuğu sahəsindəki gördüyü işləri xatırlatdı. Bildirdi ki, aparılmış məqsədyönlü islahatlar sayəsində ölkəmiz bölgənin lider dövlətinə çevrildi. 44 günlük müharibə sayəsində işğal altında olan torpaqlarımız azad edildi, dərhal quruculuq işlərinə başlandı. 2023-cü ilin sentyabrında isə 23 saatdan bir az artıq vaxtda Xankəndi azad edildi və beləliklə, Azərbaycanın suverenliyi bütün ərazilərdə bərqərar oldu.

Sonda Azərbaycan xalqını və muzey əməkdaşlarını qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edən baş direktor xalqımıza xoş günlər, ölkəmizə yeni uğurlar arzuladı.

Qabil YUSİFOĞLU
 XQ

Mədəniyyət