“XANƏDAN” etno-restoranında “İRƏVAN Mətbəxi Günləri”

post-img

“Azərbaycan Milli Kulinariya Assosiasiyası” və “Xanədan” etno-restoranının birgə təşkilatçılığı ilə “İRƏVAN Mətbəxi Ongünlüyü” nə start verilib. Açılış mərasimində Azərbaycan Milli Kulinariya Assosiasiyasının və TÜRKSOY-un “Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənəti Birliyi” nin Prezidenti Tahir Əmiraslanov, “Fransada Qərbi Azərbaycan irsinin qorunması” İctimai Birliyinin sədri Zaur Sadıqbəyli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə xanım Rzazadə və digər rəsmi qonaqlar çıxış ediblər. 

 Qonaqlar İrəvana aid foto sərgi və etnoqrafik nümunələrlə tanış olublar.

Qeyd edək ki, “Xanədan” etno-restoranı yaradıldığı vaxtdan burada Naxçıvan, Qarabağ, Təbriz və digər xanlıqlarla bərabər İrəvan xanlığı güşəsi də fəaliyyət göstərir. 2020-ci ildə Fransada Dünyanın ən yaxşı Kulinariya kitabı adını almış “İrəvan xanlığı bölgə mətbəxi” kitabı üçün nəzərdə tutulmuş yeməklər də burada hazırlanmış və şəkilləri bu restoranda çəkilmişdir.

Mətbəx günləri və sərginin hazırlanmasında əslan İrəvandan olan Vəsilə xanım  Əkbərova, Günəş xanım Suleymanova və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə xanım Rzazadə böyük dəstək göstəriblər.

XQ

 

 













Mədəniyyət