“Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilib

post-img

Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Bu barədə XQ-yə Media Agentliyindən məlumat verilib. 

Qeyd edilib ki, məzmun müsabiqəsi jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir.
 
Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcı düşüncəsini inkişaf etdirmək, müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşması və məzmun istehsal etmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq və komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər