Beynəlxalq səyyahlar Ağdamda erməni vandalizminin izləri ilə tanış olurlar

post-img

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində beynəlxalq səyahətçilər Şuşadan sonra Ağdama gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.

Qeyd edək ki, heyətə dünyanın dörd əsas səyahətçilər şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) təmsil edən şəxsləri daxildir.

 

Son xəbərlər