“Night of tha Dancing Diamonds” unikal rəqs şousu Bakıda

post-img

Oktyabrın 28-də “JW Marriott Absheron” otelində “Azerbaijan Dance Festival” (Azərbaycan Rəqs Festivalı) nın açılış mərasimi olacaq. Tədbir çərçivəsində “Night of the Dancing Diamonds” (Rəqs edən briliantların gecəsi) adlı rəqs şousu təşkil olunacaq. Tədbirin təşkilatçıları Azərbaycan Rəqs İttifaqının (AZDC) prezidenti, Azərbaycanın xalq artisti Təranə Muradova, təsisçisi isə Olqa Krasnyanskayanın rəhbərlik etdiyi “Smooth Rhythm Dance Style”(SRDS) şirkətidir. Dünyanın ən yaxşı rəqqas cütlüklərinin təqdim olunacağı Avropa Rəqs Çempionatı turnirində ilk dəfə olaraq beşqat Dünya Çempionları, Azərbaycanın Əməkdar İdman Ustaları Eldar Cəfərov və Anna Sajina çıxış edəcəklər.

Festival iştirakçılarının ölkələrinin coğrafiyasına 48-dən çox xalq daxildir. Rəqs kateqoriyaları üzrə 500-dən çox duet və solo ifaçılar çıxış edəcəklər:

- 86 WDC World Professional Ballroom Championship -Open to the World Professional Latin Championship -SRDS Amateur & Professional Smooth Super Trophy -Open to the World Amateur Championships in Ballroom, Latin, Smooth -Open to the World Youth Championships in Ballroom, Latin, Smooth -Open to the World Junior Championships in Ballroom, Latin, Smooth -Azerbaijan Open championships in Salsa, Bachata, Argentine Tango. -Azerbaijan Open Juvenile/Junior Championships in solo Ballroom, Latin, Smooth -Open to the World Pro Am in Ballroom, Latin, Smooth, Rhythm, Argentine tango, Caribbean mix. 

Oktyabrın 29-da isə “SRDS” şirkəti ikinci dəfə Azərbaycan tamaşaçılarına «Night of the Dancing Diamonds» adlı unikal rəqs şousunu təqdim edəcək.     Qeyd edək ki, oktyabrın 27-də Azərbaycan Rəqs İttifaqının nəzdində International Ballroom, International Latin, International Smooth, Caribbean Mix və Argentine Tango üzrə beynəlxalq rəqs konqresi keçiriləcək. Oktyabrın 30-da isə festivalın qonaqları unikal bələdçi ilə tura baş çəkə və füsunkar Bakı şəhərinin tarixini şeirlər və nağıllar prizmasından öyrənə, milli mətbəx və işıqlar şəhəri ətrafında axşam gəzintiləri təşkil edə biləcəklər. Gələcək bu gündən başlayır. Gəlin bizimlə rəqs edək. Əsas görmək və qaçırmamaqdır! 

 

Mədəniyyət