Mövsümə “Arşın mal alan” xeyir-duası

post-img

Sentyabrın 25-də Azərbaycan Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını təqdim edəcək. 

Quruluşçu rejissoru Əməkdar in­cəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Atəş Qarayev (Əsgər), Fatimə Cəfərzadə (Gülçöh­rə), Xalq artisti Gülyaz Məmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əli­yeva (Cahan xala), Səbinə Vahabzadə (Asiya), Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa edəcəklər.

Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Qeyd edək ki, “Arşın mal alan” 1913-cü il oktyabrın 25-də Hacı Zey­nalabdin Tağıyev Teatrının səhnəsində Hüseyn Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulub. O, həm də libretto­nun müəllifidir.

Xatırladaq ki, “Arşın mal alan” dün­yanın bir sıra ölkələrində – ABŞ, Fran­sa, İngiltərə, Almaniya, Türkiyə, İran, Misir, Polşa, Çin, Bolqarıstan, Rusiya və digər ölkələrdə nümayiş edilib.

XQ

Mədəniyyət