BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Özbəkistan hökumətinin təşəbbüsü ilə Səmərqənd şəhərində keçirilən Ərzaq Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitovla görüşüb.
Danışıqlar zamanı Azərbaycan Prezidentinin ötən il Özbəkistana, Özbəkistan Prezidentinin isə bu yaxınlara Azərbaycana olan səfərləri zamanı qarşıya qoyulan məsələlərin həyata keçirilməsi ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi qeyd edilib, kənd təsərrüfatı istiqamətində əlaqələrin daha da dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Danışıqlarda Kənd Təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsinin yerinə yetirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı üzrə maşınqayırma, ipəkçilik, şərabçılıq və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi və digər məsələlər də müzakirəl edilib.
Qulu Kəngərli
“Xalq qəzeti”nin müxbiri
Səmərqənd