Üzeyir Hacıbəyli təntənələri yaxınlaşır

post-img

Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Tədbir çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtə­lif məkanlarda konsertlər, tamaşalar, sər­gilər, elmi konfrans, ustad dərsləri və di­gər tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. 

Eləcə də Bakıda Fəvvarələr Meyda­nında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edə­cək. Həmin gün axşam isə Heydər Əli­yev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nü­mayiş olunacaq.

Tədbirdə ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektiv­lərin də iştirakı planlaşdırılıb. 

XQ

Mədəniyyət