Kolumbun “Tanrının qəzəbi” kələyi

post-img

Bir gün məşhur səyyah Kristofer Kolumb gəmilərini təmir etdirmək üçün Yamayka sahillərinə gəlir. Yerli sakinlər təmir işlərinə kömək edir və gəmi heyətini yemək-içməklə təmin etməyə başlayırlar. Təmirin uzanmasını və gəmi işçilərinə yemək çatdıra bilmədiklərini görən sakinlər ərzaq yardımını dayandırırlar. Kolumb gəmidəki təqvimə baxır və ertəsi gün Ay tutulması olduğunu öyrənir, dərhal yerlilərin başçısının yanına gedir.

Kolumb başçıya Tanrı ilə əlaqə sax­ladığını və yardımların kəsilməsinin onu çox qəzəbləndirdiyini deyir. Tanrının öz qəzəbini Ayı qırmızı rəngə boyayaraq göstərəcəyini bildirir. Ertəsi gün axşam saatlarında Ay tutulması başlayır.

Yerlilər inilti və fəryadla hər yerdən gəmilərə tərəf gəlir, yemək-içmək gətirir, yalvarırlar ki, Tanrı onları bağışlasın.

Kolumb qum saatına baxır, 48 dəqiqə­lik tutulma artıq bitmək üzrə idi.

Onlara deyir ki, Tanrı onları bağışlayıb və tezliklə Ayı öz rənginə qaytaracaq.

Kainatın “işini” yaxşı bilən Kolumb qeyd dəftərində belə yazır: “Cəhalət hə­mişə köləlik gətirir”.

Fidan SALMAN
XQ

Maraqlı