“SpaceX” orbitə 21 peyk çatdırdı

post-img

“SpaceX” şirkəti il ərzində reallaşdırılan orbital uçuşlar üzrə yeni rekorda imza atıb. Bunun üçün şirkətə 8 aydan bir qədər çox vaxt lazım olub. 2022-ci ildə “SpaceX” ümumilikdə 61 uğurlu uçuş reallaşdırmışdı. Bu ilin 8 ayı ərzində isə şirkət 62 uğurlu uçuş missiyası reallaşdırıb. 

Sentyabrın 4-də “SpaceX”in “Falcon 9” raketi Florida ştatındakı kosmodromdan start götürərək Yer kürəsinin orbitinə 21 ədəd “Star­link” peyki çatdırıb. Yer kürəsinin orbitində olan “Starlink” peyklərinin sayı artıq 5 mini keçib. 

Hazırda “SpaceX” kosmik uçuşlar sahəsin­də lider şirkətdir. Müqayisə üçün qeyd edək ki, bu ilin əvvəlindən başlayaraq Çin 39, Rusiya isə 12 uğurlu kosmik uçuş reallaşdırıb.

A.İLHAMQIZI
XQ

Dünya