“Ağıllı” bel çantası

post-img

“Microsoft” içərisində kamera və mikrofon sensoru olan süni intellektlə dəstəklənən bel çantasını patentləşdirib. Süni intellektlə işləyən bu qurğu ətrafdakı səsləri tanıyacaq və reaksiya verəcək. 

“Ağıllı çanta”da ürək döyüntüsü, təzyiqi və qanın şəkər səviyyəsini ölçə bilən biometrik sensorlar olacaq. Həm­çinin məhsula GPS qurğusu, istiqaməti təyin etmək üçün kompas, termometr və barometr daxildir.

Məsələn, tutaq ki, bir xizəkçi qada­ğan olunmuş zonadan çıxmaq üçün “çanta”dan istiqamət soruşur. GPS xüsusiyyəti sayəsində bel çantası sen­sorlarından istifadə edərək məlumatla­rı süni intellektə ötürür və o, xizəkçiyə hansı yolu izləməsi barədə məlumat verir.

Aytən NƏCƏFOVA
XQ

Dünya