El Salvadorda “Bitcoin” dərsləri

post-img

Rəqəmsallaşan dünyada kriptovalyutalar geniş yayılmağa davam edir. Bu nöqtədə görkəmli ölkələrdən biri də El Salvadordur. Burada hazırda “Bitcoin”i (texnoloji pul) təhsil proqramına daxil etməyə hazırlaşırlar.

Məlumata görə, 2024-cü ildən eti­barən ölkənin təhsil müəssisələrində, xüsusilə dövlət məktəblərində “Bitcoin” haqqında dərs verilməyə başlanacaq. İbtidai məktəbləri də əhatə edəcək bu təlim çərçivəsində tələbələrə “kripto pullar” haqqında əsas məlumatlar və “Bitcoin”in iqtisadi təsirləri kimi mühüm mövzular izah ediləcək. 

Qeyd edək ki, Salvador 2021-ci ildə “Bitcoin”i rəsmi valyuta kimi qəbul edən ilk ölkədir. Artıq 150-dən çox pedaqoqa “Bitcoin” və maliyyə təhsili verilib. 

Əfsanə ƏHƏDLİ
XQ

Dünya