Bakıda yağış yağacaq, şimşək çaxacaq

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şim­şək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxaca­ğı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi ra­yonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

XQ

Ekologiya