Öddə daş hər an təhlükəlidir

post-img

Əgər öd yolu normal işləməyəndə, eləcə də qaraciyərdə problem yarananda, adətən, öd kisəsində daş yaranır. Öd kisəsində ən kiçik daş belə həyat üçün təhlükəlidir. 

Hepatoloq Alla Yujova öd kisəsi daşları zamanı əlamət və ağ­rılardan danışarkən bildirib ki, orada daş olan zaman qarında, sağ qabırğanın altında və sağ kürək nahiyəsində saatlarla sürən ağ­rılar ola bilər. 

Öd kisəsi ağrıları günün istənilən saatında ola bilər, hətta ağrı­nın təsirindən gecə yuxudan da oyana bilərsiniz.

Öd kisəsi daşları özünü yüksək hərarət, güclü ağrılı ishal, ürək döyüntüsü, göz ağının saralması, dəri qaşınması, iştahsızlıq, titrəmə kimi əlamətlərlə də göstərir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat