44 şahmatçımız Avropa çempionatında

post-img

Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların Avropa çempionatı başlayıb. Turnirdə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında Avropanın ən yaxşı şahmatçıları müəyyənləşəcək. 

Qitə yarışında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunur. Rumıniyada 44 şahmatçımız medal­lar uğrunda mübarizə aparır. Heyət­də Azərbaycan birinciliyinin qalibləri, “Baku Open” turnirində fərqlənən və uşaqlar arasında Landau Şahmat fes­tivalında vəsiqə qazanan şahmatçılar yer alıb.

Yarış sentyabrın 15-də yekunlaşa­caq.

Leyla SABİRQIZI
XQ

İdman