“Danışılmış oyun” idmançı şərəfini alçaldır

post-img

Seçmə mərhələ öncəsi təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri üçün “danışılmış oyunlar”la bağlı maarifləndirici seminar keçirilib.

UEFA-nın Azərbaycan üzrə nü­mayəndəsi Seymur Səlimli “Danışıl­mış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumu­zu qorumaqdır” mövzularında müha­zirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda vacib məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. 

Leyla SABİRQIZI 
XQ

İdman