Milli bədii sözün çağdaş həqiqət axtarışı

post-img

Ölkəmizdə Azərbaycan Dili və Ədəbiyyatı Forumu davam edir

Mədəniyyətin inkişafında əsas lokomotivin dil və ədəbiyyat olduğu danılmaz həqiqətdir. Filologiya və pedaqogika elmləri isə bu konsepsiyanı reallaşdıran başlıca sahələrdir. Geniş elmi və ədəbi ictimaiyyətin cəlb olunduğu Azərbaycan Dili və Ədəbiyyatı Forumunda aparılan müzakirələr məhz bu mövzuları əhatə edir.

Qeyd edək ki, Heydər Əliyev Fon­du ilə Mədəniyyət nazirliyinin təşkilat­çılığı, Elm və Təhsil nazirliyinin, Azər­baycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən ilk forum sentyab­rın 1-də qədim söz-sənət diyarı Şa­maxıda başlanıb. Orada açılışa həsr olunan ədəbi-bədii proqram təqdim edildikdən sonra çıxışlarda tədbirin məram və məqsədləri açıqlanıb. Ardın­ca qloballaşma və zamanın çağırışları kontekstində ana dilimizin qorunması məsələləri ətraflı müzakirə edilib. 

Dünən isə forum Bakıdakı “Gülüs­tan” sarayında davam edib. İlk panel iclası “Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana” mövzusuna həsr olunub. Moderatoru kinodramaturq İlqar Fəhmi olan panel iclasda Əmək­dar incəsənət xadimi Əli Əmirli, yazıçı­lar Elçin Hüseynbəyli, Varis Yolçuyev, ədəbi tənqidçi Əsəd Cahangir və “Ədə­biyyat” qəzetinin baş redaktoru Azər Turan iştirak ediblər.

Paneldə “Müasir Azərbaycan dra­maturgiyası və onun problemləri”, “Azərbaycan ədəbiyyatında teatr və kino platforması”, “Kino sənətində dil və tərcümə problemləri”, “Ədəbiyyatın cə­miyyətə çatdırılması metodikası: bey­nəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar” və sair mövzular­da məruzələr dinlənilib, çıxışlar olub.

Forum çərçivəsində günün digər pa­nel iclası “Uşaq və yeniyetmələr arasın­da mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti” mövzusuna həsr olunub. Yazıçı Günel Əsgərovanın moderatorluğu ilə keçən iclasda Elm və Təhsil nazirliyinin şöbə müdiri Vəfa Yaqubova, yazarlar Zahid Xəlil, Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Qəşəm Nəcəfzadə və Nizami adına Ədəbiyyat İnstitutunun şöbə mü­diri Elnarə Akimova iştirak ediblər.

Paneldə “Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar”, “Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problem­ləri”, “Mədəni və ədəbi qaynaqların müəyyənləşməsində uşaq ədəbiyyatı nə dərəcədə rola malikdir?”, “Uşaqlar­da mütaliə mədəniyyətinin formalaşdı­rılması üçün hansı maarifçi islahatlara ehtiyac var?”, “Oxucu–naşir–müəllif vəhdəti gözlənilən nəticəni verirmi?”, “Təhsildə ana dili və uşaq ədəbiyyatı­nın rolu”, həmçinin digər mövzularda məruzələr dinlənilib.

Panel başa çatandan sonra foru­mun iştirakçılarından qısa müsahibələr aldıq. 

İbrahim İlyaslı, AYB “Poeziya sek­siyası”nın rəhbəri:

– Ulu öndər Heydər Əliyevin dedi­yi kimi, hər bir xalqın milliliyini, mənə­vi dəyərlərini yaşadan, inkişaf etdirən onun dili və ədəbiyyatıdır. Bu mənada, ilk dəfə olaraq Azərbaycan dili və ədə­biyyatına həsr olunan forumun təşkili son dərəcə təqdirəlayiqdir. Panel ic­lasları yüksək səviyyədə keçir. Mən kinodramaturq İlqar Fəhminin modera­torluğu ilə müzakirəyə çıxarılan “Teatr və kinonun inkişafında ədəbiyyat fakto­ru: əsərdən səhnəyə, səhnədən ekra­na” mövzusunda müzakirələri xüsusilə bəyəndim. Faydalı polemika oldu, fikir mübadilələri sayəsində perspektiv və­zifələrə konkret aydınlıq gətirildi. İna­nıram ki, forumda söylənilən fikirlər, təkliflər diqqətə alınacaq və gələcəkdə ana dili və ədəbiyyatımızın daha da in­kişafına kömək edəcək.

Baba Vəziroğlu, şair, dramaturq, Əməkdar incəsənət xadimi:

– Əvvəlcə Şamaxıda, sonra isə Ba­kıda yüksək səviyyədə təşkil olunan forumdan son dərəcə razıyam. Onu xüsusi olaraq vurğulayım ki, Mədəniy­yət Nazirliyinin yeni rəhbərliyinin möh­tərəm Prezidentimizin qarşıya qoyduğu konkret vəzifələrin icrası ilə bağlı atdığı addımlar sevindiricidir. Bu qurum öz birbaşa missiyalarını layiqincə yerinə yetirir. Bundan əvvəl iştirakçısı olduğum Kino forumu da, elə Azərbaycan dili və ədəbiyyatına həsr olunan bu forum da göstərir ki, hər şey öz məcrasında rə­van şəkildə getməkdədir. Müzakirə olu­nan məsələlərə gəlincə isə deyim ki, işgüzar ruh, konkretlik və tərəqqi əzmi təqdirəlayiqdir. 

Söz bayramı sabah davam etdirilə­cək. Mədəniyyətimizin yaşadılması, in­kişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, müasir ədəbi pro­seslər, milli kitab sənayesinin mövcud vəziyyəti bu sahəyə dövlət dəstəyi və digər istiqamətlərdə müzakirələr aparı­lacaq.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fo­rumda səsləndirilən fikir və təkliflər ümumiləşdirilərək, “Azərbaycan mədə­niyyəti–2040” Dövlət Proqramına daxil ediləcək. 

Əli NƏCƏFXANLI,

XQ





Mədəniyyət