“Sazbəndlik və sazbəndlər”

post-img

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi “Sazbəndlik və sazbəndlər” adlı layihə həyata keçirir. 

Birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, 4 ay la­yihə əsasında “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab nəşr olunacaq. Artıq bu istiqamətdə işlərin əsas hissəsi görülüb. Bir sənət sahəsi kimi, sazbənd­lik sənətinin tarixi, sazın hazırlanmasının əsas prinsipləri – alətin hazırlanacağı ağac materialının seçilməsi və emalı, simli musiqi aləti kimi sazın quruluşu və növləri və s. haqqında araşdırmalar apa­rılıb, bundan başqa, xronoloji ardıcıllıqla tanınmış sazbəndlərin həyat və yaradıcı­lıqları haqqında lazımi bilgilər toplanılıb. 

Ümumilikdə, kitabda bir sənət sahəsi olaraq sazbəndliklə yanaşı, 70-ə yaxın sazbənd haqqında da məlumatın veril­məsi nəzərdə tutulur.

Zülfiyyə ZİYA, “Xalq qəzeti”

Mədəniyyət