“YouTube” zümzüməni anlayacaq

post-img

“YouTube” yaxın gələcəkdə istifadəçilər üçün yeni axtarış sistemini təqdim edəcək. Bu yeni funksiya istənilən mahnını zümzümə edərək tapmaqdan ibarətdir.

“Shazam” musiqi proqramına bən­zəyən bu sistem vasitəsilə, ən azı, 3 saniyə zümzümə edərək axtardığınız mahnını tapa biləcəksiniz. Sınaq mər­hələsində olan bu proqramın istifadə­çilər üçün nə zaman əlçatan olacağı isə hələ məlum deyil.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya