Sakit okeanda “Osminoq sürüsü”

post-img

Sakit okeanın Kaliforniya sahillərində dənizin dibini araşdıran tədqiqatçılar qayalıqların arasında yuva salmış Osminoq sürüsü aşkar ediblər. 

Məlum olub ki, onlar bir çox canlılar kimi yuvalarında yumurtalarını qoruyur­lar. Osminoqların orada məskunlaşma­sına səbəb dənizin dibindən çıxan isti sudur. Bu da onların yeni doğulacaq balalarını daha yaxşı qoruması üçün şərait yaradır. 

Osminoq yumşaq bədənli, səkkiz-ayaqlı molyusk növüdür. Səkkizlər, kala­mar, platypuslar, nautiloidlər və digər ad­ları olan bu dəniz canlısının, təxminən, 300-ə qədər növü var. Osminoqun iki gözü və bir dimdiyi var. Ağzı qollarının ortasında yerləşir. Formasını çox tez də­yişə bilən yumşaq bədəni sayəsində ki­çik dəliklərdən keçə bilir. Suda üzərkən qolları arxasına doğru çarpaz çəkildə uzanır. Səkkiz qol, mürəkkəb sinir sis­temi və əla görmə qabiliyyətinə malik bu dəniz heyvanı onurğasızlar arasında ağıllı davranışları ilə fərqlənir.

Xatırladaq ki, osminoqlar okeanın müxtəlif yerlərində, o cümlədən mərcan riflərində yaşayır. Əksər növlər tez bö­yüyür, erkən yetişir və qısa ömürlüdür. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya