Ruhun dincəldiyi məkan...

post-img

“Facebook”da dostluğumda olan Jalə Əhmədova adlı bir xanım paylaşımlarında, adətən, bir-birindən maraqlı fikirlər, mülahizə və düşüncələr səsləndirir. Bəzən isə elə təsirli foto və rəsmlər yerləşdirir ki, onlara baxanda istər-istəməz xəyala dalmalı olursan.

Dünən J.Əhmədovanın “Face­book”da yerləşdirdiyi bu fotoya xeyli baxdım. Bu gözəl mənzərə bu söz­lərlə müşayiət olunurdu: “Çox təəssüf ki, ruhun dincəldiyi yer olduğu halda, zamanın dayandığı yer yoxdur”.

Zaman heç nəyə məhəl qoyma­dan su kimi axıb gedir. Bəlkə də, həyatın gözəlliyi ondadır ki, hələ heç vaxt, heç kəsə zamanı dayandırmaq nəsib olmayıb. 

Bu yerdə böyük şairimiz Bəxtiyar Vahabzadənin aşağıdakı misralarını xatırlamamaq olmur: 

“Dağları, daşları qocaldan zaman,

Bilmirəm, bəs niyə özü qocalmır?”

 

Təqdim etdi:
M.HACIXANLI,
“Xalq qəzeti”

Sosial həyat