Bakıda “Gənc istedadlar sərgisi” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

post-img

Avqustun 26-da Bakıdakı Rus evinin dəstəyi ilə “Gənc istedadlar sərgisi” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.

Qeyd edək ki, təşkilatçı Azərbaycanın Rus Gəncləri Assosiasiyasıdır.

Sərgidə İsmayıllı rayonu İvanovka orta məktəbinin şagirdi Anastasiya Fateyeva, Heydər Əliyev adına İvanovka orta məktəbinin şagirdi Qriqori Falin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Şəhla Nağıyeva iştirak edəcəklər.

Tədbir Rus Evində (Üzeyir Hacıbəyli küçəsi, 77b) saat 14:00-da keçiriləcək.

Mədəniyyət