Mədəniyyət xəbərləri

post-img

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Serbiyada keçirilən 30-cu Paliç Avropa Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Festivalın münsifləri ekran əsərini cəmiyyətdə yaşanan bir nəslin travmasını əks etdirən film kimi dəyərləndiriblər.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” filmi Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

***

Bakıda II Milli Qurama Festivalı başlanıb. Qədim İçərişəhər ərazisində yürüşlə start götürən festival  çərçivəsində orada və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri və turistlərin tikdikləri quramalar nümayiş etdirilib.

Festival çərçivəsində “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarların əl işlərindən ibarət satış-yarmarkaların təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi nəzərdə tutulur. Festival bölgələri də əhatə edəcək.

*** 

Qaradağ rayonunda keçirilən növbəti maarifləndirici görüşdə əsas mövzu sağlam həyat tərzi və davranış riski amilləri olub.   

Görüşdə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və  aidiyyəti mobil tətbiqlərin istifadəsi ilə bağlı ətraflı məlumat verilib. Tədbirdə iştirak edən müvafiq qurumlarım nümayəndələrinin  nəzərinə çatdırılıb ki, əhalinin bu istiqamətdə maarifləndirilməsi üçün müvafiq  tədbirlərin icrasını təmin etsinlər.

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

 





Mədəniyyət