“Buta” və AZAL birləşir

post-img

Bu ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) və aşağı büdcəli – “Buta Airways” vahid brend altında birləşəcək. Hər 2 aviaşirkətin ən yaxşı keyfiyyətləri nəzərə alınmaqla, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanları daha da genişləndiriləcək. 

Bu da, müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək. Sərnişinlər üçün aviadaşımaları daha əlçatan etməklə AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək.  

Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınma norması artırılacaq. Həmçinin, sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq.

İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq.

F. SALMANOVA, “Xalq qəzeti” 

 

Son xəbərlər