Makaronun 4 min il yaşı var

post-img

2002-ci ildə arxeoloqlar Çinin Tsinhay əyalətindəki Latsjia (ölkənin şimal-şərqindəki qədim şəhər) xarabalıqlarında qazıntı işləri aparıblar. 

Arxeoloqların tapıntıları arasında gil qab da olub. Qabı açdıqda içərisində yaxşı saxlanmış əriştələr tapılıb. Alimlər əriştələrin yaşını müəyyən ediblər. Məlum olub ki, onlar, ən azı, 4 min il əvvəl hazırlanıb. 

Buna görə də belə bir nəzəriyyə var ki, makaron Çində icad edilib və Marko Polo bu resepti çox əsrlər sonra Avropaya gətirib. Ola bilsin ki, Çin əriştələri və italyan makaronları uzaq “əmiuşağı”dır. 

P.ƏFƏNDİ,  “Xalq qəzeti”

Maraqlı