İnsan 25 yaşdan sonra böyümür

post-img

İnsanın doğulduğu anda beynində 14 milyard hüceyrə olur. Ölənə qədər bu  rəqəm artmır, əksinə, 25 ildən sonra gündə 100 min azalır.

 Bir səhifəni oxumağa sərf edilən bir dəqiqədə, təxminən, 70 hüceyrə ölür. 40  yaşından sonra beynin deqradasiyası kəskin surətdə sürətlənir, 50 yaşdan sonra isə neyronlar (sinir hüceyrələri) quruyur və beynin həcmi kiçilir.

Gözün içindəki tor qişası, təxminən, 650 kvadratmillimetr ərazini əhatə edir və  137 milyon işığa həssas hüceyrədən ibarətdir

Səhər saatlarında adamın boyu axşamdan, təxminən, 8 millimetr çoxdur.  

P.ƏFƏNDİ,  “Xalq qəzeti”

 

Maraqlı