Müşfiq ispan və alman dillərində

post-img

Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin poeziyasını həmişəyaşar adlandıranlar yanılmırlar. Düz 85 il öncə dünyasını dəyişmiş şairin şe­irlərinə dünyada maraq səngimir. İspaniyanın populyar “Alquibla”, Al­maniyanın “Spruechetante” ədəbiyyat portalları ispan və alman dillərinə tərcümə olunmuş “Həyat sevgisi” və “Yeni gənc” şeirlərinin yayımına başlayıb. 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, qurumun “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləm­də” layihəsi çərçivəsində reallaşan yayım şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunub. Şeirlərin ispan dilinə tərcüməsinin müəllifləri ispan filoloqu Eva Kontre­ras və mərkəzin ispan dili mütəxəs­sisi Aysel Əliyeva, alman dilinə tərcümə müəllifləri alman filoloqu Kerstin Kraps və mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Alquibla” və “Sprue­chetante” ədəbiyyat portalları dünya şöhrətli yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət