İran dronları Küveytdə göydələnə zərbə endirib

post-img

Küveytdə Amerika komandanlıq mərkəzinin yerləşdiyi bildirilən Sosial Təminat Administrasiyasının göydələnində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın “Bnews” telekanalı məlumat yayıb.

Kanalın iddiasına görə, Əli əl-Salem hava bazasındakı əsas obyektlərin itirilməsindən sonra ABŞ qüvvələri komandanlıq və nəzarət əməliyyatlarını Küveytdəki Sosial Təminat Administrasiyasının binasına köçürüblər. Bildirilir ki, sözügedən binaya İranın kamikadze dronları ilə zərbə endirilib.

Məlumatlara görə, həmçinin Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq çənləri də İran dronlarının hücumuna məruz qalıb. Bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Dünya