“Etüd əsərlər guşəsi”

post-img

Xətai Sənət Mərkəzində “Etüd əsərlər guşəsi” yaradılıb. Bundan məqsəd natura­dan işlənmiş əsərlərə ictimai marağı artır­maqdır. 

Guşədə Mərkəzin müxtəlif vaxtlarda burada keçirilən tədbirlərdə rəssamlardan əldə etdiyi etüd əsərlərdən ibarət kolleksiya sərgilənir. Sənət ocağı tərəfindən guşə daim yenilənəcək və daha fərqli ekspozisiya yaradılacaq. Hər bir rəssam özünün etüd əsərlərini guşəyə təklif edə bilər. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət